Paytaxtda iki narkokuryer yaxalanıb

Paytaxtda iki narkokuryer yaxalanıb
  02 Yanvar 2026    Oxunub:1223
Bayram günləri olmasına baxmayaraq polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, ötən gün Nəsimi və Qaradağ rayonlarında keçirilən əməliyyatlarda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı S.Həbibov və 34 yaşlı A.Cəbizadə saxlanılıblar.

Onlardan ümumilikdə 29 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti