Mark Karni Ukrayna ilə bağlı danışıqlar üçün Parisə gedəcək

Mark Karni Ukrayna ilə bağlı danışıqlar üçün Parisə gedəcək
  02 Yanvar 2026    Oxunub:419
Kanadanın Baş naziri Mark Karni yanvarın 5-dən 6-dək Parisdə keçiriləcək "könüllülər koalisiyası"nın iclasında iştirak etmək üçün Fransaya səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Kanada Baş nazirinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, görüş iştirakçıları Ukraynadakı sülh prosesini, eləcə də Kiyev üçün təhlükəsizlik zəmanətlərini müzakirə etməyi planlaşdırırlar.

Qeyd edək ki, dekabrın 29-da Fransa prezidenti Emmanuel Makron yanvarın əvvəlində Parisdə "könüllülər koalisiyası"nın iclasının keçiriləcəyini açıqlayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti