AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edir

AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edir
  03 Yanvar 2026    Oxunub:1239
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxt Bakıda gələcəyimiz olan uşaqlar üçün silsilə bayram şənlikləri keçirir.
AzVision.az AHİK-in məlumatına istinadən xəbər verir ki, uşaqların asudə vaxtının mənalı və maraqlı keçməsi məqsədilə təşkil edilən bayram tədbirləri balacalara xoş ovqat və unudulmaz xatirələr bəxş edir. Zövqlə, al-əlvan işıqlarla və Yeni il atributları ilə bəzədilmiş şənlik məkanlarında xüsusi tərtibatda hazırlanan proqramlar uşaqların böyük marağına səbəb olub. Şaxta baba və Qar qızın səmimi zarafatları, uşaqlarla birlikdə yolka ətrafında rəqsləri balacalara sevinc bəxş edib.


Rəngarəng musiqi nömrələri, maraqlı səhnəciklər uşaqların bayram əhval-ruhiyyəsini daha da yüksəldib, azyaşlılar, xüsusilə də şəhidlərimizin bizə əmanət qoyduğu balacalar qayğı dolu mühitdə könüllərincə əylənib, sevincli anlar yaşayıblar.


Xatırladaq ki, Azərbaycan həmkarlar ittifaqları tərəfindən ölkəmizin müxtəlif şəhər və rayonlarında yerləşən uşaq evlərində, internat məktəblərində kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlar üçün də şənliklər təşkil edilir.


AzVision.az


Teqlər: AHİK   uşaqlar   bayram  



Xəbər lenti