ABŞ əsgərləri Maduro və arvadını ələ keçiriblər | YENİLƏNİB

   ABŞ əsgərləri Maduro və arvadını ələ keçiriblər |  YENİLƏNİB
  03 Yanvar 2026    Oxunub:950
"Venesuela Prezidenti Nikolas Maduro ABŞ Ordusunun ən yüksək xüsusi tapşırıq qoşunu sayılan "Delta" qüvvələri tərəfindən əsir götürülüb".
Bu barədə ABŞ hökumətinin adları çəkilməyən rəsmi nümayəndələri "CBS News" telekanalına məlumat veriblər.

* * *

13:34
"Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı ABŞ əsgərləri tərəfindən ələ keçirilərək ölkədən çıxarılıb".
Bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Truth" hesabında məlumat yayıb.
Venesuela mətbuatı: "Müdafiə naziri öldürülüb"

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün qabaq Venesuelaya hücumu təsdiqləyib. O, hərbi obyektlər və başqa hədəflərə aviazərbə endirilməsi əmrini verib. Hücum nəticəsində Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopesin öldüyü iddiası irəli sürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Venesuela   prezident   həbs  



Xəbər lenti