Türkiyədə uşaqlara sosial şəbəkələrə giriş qadağan olunacaq
Nazirin sözlərinə görə, sosial şəbəkə istifadəçilərindən şəxsiyyət vəsiqəsinin nömrəsinin daxil edilməsi və bunun ardınca təsdiqləmə tələb olunacaq.
“Biz artıq uşaqların və yeniyetmələrin “kommersiya obyekti” kimi istifadəsinə yol verməyəcəyik. Məktəblilər internetdən asılı vəziyyətə düşürlər ki, bu da təhsildə müvəffəqiyyətə təsir göstərir. Sosial şəbəkələr çox vaxt uşaqları stress vəziyyətinə salır”, – deyə nazir bildirib və qeyd edib ki, yenilik 2026-cı ilin yanvar ayının sonundan tətbiq ediləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


