İsveçrədə 9 yanvar Milli Matəm Günü elan olunub

İsveçrədə 9 yanvar Milli Matəm Günü elan olunub
  04 Yanvar 2026    Oxunub:904
İsveçrə hakimiyyəti Krans-Montana kurortundakı barda baş verən və 40 nəfərin ölümünə səbəb olan yanğından sonra 9 yanvar tarixini Milli Matəm Günü elan edib.

Bu barədə İsveçrə Konfederasiyasının Prezidenti və ölkənin iqtisadiyyat naziri Qi Parmelen məlumat verib.

“Federal hakimiyyət orqanları İsveçrə kilsələri ilə birlikdə yanvarın 9-da matəm keçirməyi planlaşdırır”, - deyə o “Tages-Anzeiger” qəzetinə verdiyi müsahibədə bildirib. Prezident, həmçinin həmin günə planlaşdırılan anım mərasimində iştirak etmək niyyətindədir.

“Milli həmrəyliyin daha bir əlaməti olaraq, Krans-Montanadakı matəm mərasiminin əvvəlində saat 14:00-da bütün İsveçrə kilsələrinin zəngləri çalınacaq. Bundan əlavə, bu vaxta ölkə daxilində bir dəqiqəlik sükut da planlaşdırılıb”, - deyə Parmelen əlavə edib.


Teqlər:



Xəbər lenti