Ərdoğan və Tramp bu gün danışacaqlar

   Ərdoğan və Tramp bu gün danışacaqlar
  05 Yanvar 2026    Oxunub:834
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Donald Tramp arasında bu gün telefon danışığı baş tutacaq.
Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, tərəflərin danışıqlar gündəmində "F-35" və "F-16" hərbi təyyarələrinin Türkiyəyə satışı əsas yer tutur. Donald Tramp bu məsələ ilə əlaqədar ötən günlərdə yerli mətbuata açıqlama verib. Onun sözlərinə görə, Vaşinqton əmindir ki, Ankara sözügedən təyyarələri İsrailə qarşı yönəltməyəcək. Bu əminlik fonunda təyyarələrin Ankaraya satılması imkanları araşdırılır.

Prezidentlər, eyni zamanda, CAATSA qanunu çərçivəsində sanksiyaların ləğvi, "Halkbank işi", habelə Suriyada və Qəzza zolağında cari vəziyyətlə əlaqədar məsələləri nəzərdən keçirəcəklər.

Xatırladaq ki, 2019-cu ildə Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri alması ABŞ-nin etirazı ilə nəticələnib. Belə ki, Vaşinqton Ankaranı "S-400"lər əvəzinə məhz özündən "Patriot" sistemləri almağa çağırmışdı. Hərçənd Ankaranın imtinası fonunda Vaşinqton onu "F-35" proqramından çıxarmış, Türkiyənin müdafiə sənayesinə qarşı sanksiyalar irəli sürmüşdü.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   ABŞ   prezident   danışıq  



Xəbər lenti