Kanada XİN-in keçmiş rəhbəri Zelenskinin müşaviri olacaq

Kanada XİN-in keçmiş rəhbəri Zelenskinin müşaviri olacaq
  05 Yanvar 2026    Oxunub:847
Ukrayna prezidenti Volodimir Zelenski Kanadanın keçmiş Xarici İşlər naziri və baş nazirin müavini Xristya Frilandı iqtisadi inkişaf üzrə müşavir təyin etdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, Volodimir Zelenski bu təyinatla bağlı yanvarın 5-də ictimaiyyəti məlumatlandırıb.

“Xristya bu məsələlərdə peşəkardır və investisiyaların cəlb edilməsi və iqtisadi transformasiyaların həyata keçirilməsində əhəmiyyətli təcrübəyə malikdir. Ukrayna indi daxili dayanıqlığını artırmalıdır - Ukraynanın bərpası naminə, əgər diplomatiya mümkün qədər tez işləsə, və müdafiəmizi gücləndirmək naminə, əgər tərəfdaşlarımızın gecikmələri müharibəni bitirmək üçün daha çox vaxt aparacaqsa”, - Zelenski vurğulayıb.

Xatırladaq ki, xanım Friland ötən il Kanadanın baş naziri postuna namizədliyini irəli sürmüşdü. O, həmçinin Kanada hökumətinin Ukraynanın bərpası üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   Frilnad   müşavir  



Xəbər lenti