Maduronun oğlu qisas alacaqlarını bildirib
“Aramızdan xəyanətkarlar çıxacaq. Onların kim olduğunu tarix göstərəcək. Bunu keçən zaman aydınlaşdıracaq”, – N.E.M. Querra bildirib.
Oğul Maduro tərəfdarlarına çağırış edərək ABŞ-a qarşı bir olmağa səsləyib:
“Xarici təcavüzə qarşı daha sıx siyasi və hərbi koordinasiya lazımdır. Əlbəttə ki, onlara qəzəbliyik, kin duyuruq, ancaq yenə də ağılla hərəkət edəcəyik. Onlar bizi zəiflətmək, zəif görmək istəyirlər. Lakin bunu bacarmayacaqlar. Biz bütün ağrı və acılarımıza baxmayaraq, küçələrdə olacağıq, xalqla birgə, xalqın arasında olacağıq. Bizi yox etməyi bacarmayacaqlar.”
Qeyd edək ki, Nikolas Ernesto Maduro Querra Venesuela siyasətində tanınmış fiqurdur, La Quayra ştatından millət vəkili və hakim Birləşmiş Sosialist Partiyasının üzvüdür.
Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduro və xanımı Cilia Flores yanvarın 3-də ABŞ-ın “Delta Force” xüsusi təyinatlı qüvvələrinin keçirdiyi əməliyyatla ələ keçirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


