Netanyahunun Putindən qeyri-adi xahişi
- Netanyahu “Biz onlara hücum etməyəcəyik” deyərək, Putindən İranı əmin etməsini istəyib”, - materialda deyilir.
Noyabrın 15-də iki lider arasında son telefon danışığı barədə Kreml məlumat yayıb. Həmin gün onlar Qəzzada atəşkəs, İranın nüvə proqramı və Suriyada vəziyyətin sabitləşdirilməsini müzakirə ediblər. Bir ay əvvəl isə, Putin İsraildən İranla qarşıdurmada maraqlı olmadığına dair Rusiyanın siqnallar aldığını açıqlamışdı.
“İsrail hücumun qaçılmaz olduğunu düşünən Tehranın ilk növbədə İsrail ərazisini vura biləcəyindən narahatdır. Netanyahunun mesajı bu ssenarinin qarşısını almağa yönəlib”, - telekanal vurğulayır.
Yanvarın 5-də Knessetdə çıxış edən İsrailin baş naziri Tehranın istənilən hücumunun “ciddi nəticələrə” səbəb olacağını deyib.
Onun sözlərinə görə, İsrail hökuməti və ABŞ prezidenti Donald Tramp ümumilikdə İran və daha geniş regional məsələlərdə ortaq mövqe tuturlar: “Biz İranın ballistik raket istehsalını və təbii ki, nüvə proqramını bərpa etməyə imkan verməyəcəyik”.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


