ABŞ nüvə enerjisi imkanlarını genişləndirir

   ABŞ nüvə enerjisi imkanlarını genişləndirir
  06 Yanvar 2026    Oxunub:959
ABŞ Energetika Departamenti ölkədə uran zənginləşdirmə potensialının növbəti 10 il ərzində inkişafı məqsədilə üç şirkətə ümumilikdə 2,7 milyard dollar (hər şirkətə 900 milyon dollar) vəsait ayırıb.
Bu barədə departamentin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu addım ölkənin enerji təhlükəsizliyini gücləndirmək, xarici təchizatçılardan asılılığı azaltmaq məqsədi daşıyır. Vəsaitin ayrıldığı şirkətlər yerli "American Centrifuge Operating", "General Matter" və Fransanın "Orano" şirkətinin ABŞ-dəki törəmə müəssisəsi "Orano Federal Services"dir.

Energetika naziri Kris Raytın sözlərinə görə, Vaşinqton bu tədbirlərlə mövcud və gələcək qurulacaq nüvə reaktorlarını dəstəkləmək üçün etibarlı nüvə yanacağı təchizatı zəncirlərini canlandırmağa çalışır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   nüvə   enerji   vəsait  



Xəbər lenti