Sloveniyada parlament seçkiləri keçiriləcək
Məlumata görə, bu barədə Prezidenti Nataşa Pirts-Musar bu gün fərman imzalayıb.
Sloveniya dövlət başçısı vurğulayıb ki, yeni hökumətin mümkün qədər tez formalaşdırılmasını arzulayır və parlamentdə 90 mandatdan 46-nı toplaya bilən siyasi qüvvəyə hökuməti qurmaq mandatı verəcək.
Qeyd edək ki, 2022-ci ilin iyun ayından etibarən Sloveniya Baş nazir Robert Qolobun rəhbərlik etdiyi mərkəzçi-sol koalisiya hökuməti tərəfindən idarə olunur.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


