Tramp ABŞ-ın silah istehsalını sürətləndiriləcəyini vəd edib

Tramp ABŞ-ın silah istehsalını sürətləndiriləcəyini vəd edib
  06 Yanvar 2026    Oxunub:340
ABŞ prezidenti Donald Tramp ölkədə silah istehsalının sürətləndiriləcəyini bəyan edib.
AzVision.az RT-yə istinadla xəbər verir ki, o, bu barədə respublikaçı qanunvericilər qarşısında çıxışı zamanı danışıb.

“Problem ondadır ki, biz onu kifayət qədər tez istehsal etmirik. Biz xeyli daha sürətlə istehsal etməyə başlayacağıq”, - deyə Tramp vurğulayıb.

Çıxışı zamanı Tramp həmçinin Venesuelaya edilən hücum nəticəsində insanların həlak olması ilə bağlı təəssüf hissi keçirdiyini bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti