Tramp: "Hindistan Rusiyadan neft idxalını azaldıb"
Britaniyanın "Reuters" xəbər agentliyi də yanvarın 2-də öz mənbələrinə istinadən bu barədə məlumat yayıb. Belə ki, Hindistanda hökumət yerli emal zavodlarından Rusiya və ABŞ neftinin idxalına dair həftəlik hesabat istəməyə başlayıb:
"Bu vəziyyətdə Hindistana Rusiyadan neft idxalı yaxın aylarda azala, hətta gündə 1 milyon barel həcminə düşə bilər".
Xatırladaq ki, Vaşinqton Rusiyadan böyük miqdarda neft alışına görə Hindistan üçün idxal tarifini 50%-dək artırmışdı.
Firudin Həmidli
AzVision.az
Teqlər: ABŞ Hindistan Rusiya neft







Vaxtında, Aydın, Lazımlı!


