The Times: “Qrenlandiya üzrə ABŞ-nin 4 ssenarisi”

   The Times:    “Qrenlandiya üzrə ABŞ-nin 4 ssenarisi”
  07 Yanvar 2026    Oxunub:1295
Qrenlandiyanı ilhaqı üçün Tramp administrasiyası dörd mümkün ssenaridən istifadə edə bilər.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “The Times” nəşrinin ehtimalına görə, birinci variant adaya hərbi müdaxiləni və onun işğalını nəzərdə tutur.

İkinci ssenari məcburiyyətə əsaslanır ; xüsusilə, Tramp Qrenlandiyanı Danimarkadan almağı təklif edə və yerli əhaliyə adanın iqtisadiyyatına böyük investisiyalar vəd edə bilər.

Baltikyanıdan Trampa sərt mesaj
Üçüncü mümkün varinat kimi Azad Assosiasiya Sazişinin bağlanması ehtimal edilir.

“Hazırda ABŞ-nin Sakit Okeanın kiçik dövlətləri - Mikroneziya, Marşal adaları və Palau ilə oxşar müqavilələri var. Bu müqavilələrə əsasən, Vaşinqton maliyyə dəstəyinə zəmanət verir, tərəfdaş ölkələr isə daxili özünüidarəni saxlamaqla müdafiə məsələlərini ABŞ-yə həvalə edir”, - qəzet xatırladır.

Dördüncü varianta əsasən, Qrenlandiya Danimarkanın tərkibində saxlanır, eyni zamanda adada ABŞ-nin hərbi mövcudluğu artır, Amerikanın faydalı qazıntı şirkətləri ilə kommersiya müqavilələri bağlanır və amerikalı məmurlar yerli hökumətə müşavir təyin edilirlər.

Xatırladaq ki, Donald Tramp administrasiyasının sözügüdən ada ilə bağlı iddiaları nəinki Danimarka və Qrenlandiya hökumətləri tərəfindən sərt etirazla qarşılanıb, habelə Avropa İttifaqının bir sıra ölkələrində ciddi narazılığa səbəb olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Qrenlandiya   ssenarilər  



Xəbər lenti