Axios: “Sülh planı hazırdır, Moskvanın cavabı lazımdır”

      Axios:    “Sülh planı hazırdır, Moskvanın cavabı lazımdır”
  09 Yanvar 2026    Oxunub:1627
ABŞ administrasiyası Kiyevlə birlikdə Rusiya-Ukrayna müharibəsinin nizamlanması üçün mümkün planı razılaşdırıb, lakin Vaşinqton Moskvadan “dəqiq cavab” gözləyir.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Axios” portalı belə məlumat yayıb.

“ABŞ sülh planının “demək olar ki, bütün aspektləri üzrə Ukrayna ilə razılığa” nail olub. Birgə görüşdə iki ölkənin nümayəndələri iki əsas məsələyə diqqət yetiriblər: Ukrayna üçün təhlükəsizlik təminatları və Kiyevin mümkün ərazi güzəştləri. İndi Ağ Ev Rusiya prezidenti Vladimir Putinin planın yenilənmiş variantına cavabını gözləyir”, - portal yazır.

Nəşrin məlumatına görə, ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner sənədin yeni variantını Rusiya prezidentinin nümayəndəsi Kirill Dmitriyevə təhvil veriblər. Bu, Parisdə ABŞ-nin Ukrayna tərəfi və Avropa ölkələrinin nümayəndələri ilə iki günlük danışıqlarından sonra olub.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində Kiyev tərəfindən hazırlanan 20 bəndlik sülh planının Qərb tərəfdaşları ilə demək olar ki, tamamilə razılaşdırıldığını bildirmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Ukrayna  



Xəbər lenti