İstanbul hava limanlarında 54 uçuş təxirə salınıb
Bu barədə “Türk Hava Yolları” (THY) aviaşirkətinin media müşaviri Yahya Üstün məlumat verib.
Onun sözlərinə görə, qərar Türkiyənin Meteoroloji Fövqəladə Hallar Komitəsi (MADKOM) tərəfindən qəbul edilib. Uçuşlarla bağlı ən son məlumatlar THY-nin rəsmi səhifəsində yayımlanır.
Qeyd edək ki, sabaha gözlənilən güclü qar səbəbindən İstanbulda təhsil müəssisələrində dərslərə birgünlük fasilə verilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


