Rusiyada terror aktının qarşısı alınıb | VİDEO
“Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti Rusiya Milli Qvardiyasının güclü dəstəyi ilə Sverdlovsk dəmir yolunun Çusovski dəmir yolu körpüsündə Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan terror aktının qarşısını alıb”, - xəbərdə deyilir.
Görüntülərdə təhlükəsizlik qüvvələrinin şübhəlinin evinə girişi və içərisində müxtəlif maddələr olan butulkalar, həmçinin onlara naqillər bağlanmış mobil telefonlar tapması əks edilir.
FTX şübhəlinin evində 10 kq partlayıcı maddə, əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün komponentlər və veb-kamera tapıldığını bildirib.
Rusiya əks-kəşfiyyat idarəsi şübhəlinin Sverdlovsk dəmir yolunun Çusovski dəmir yolu körpüsündə partlayış törətməyi planlaşdırdığını güman edir.
1972-ci il təvəllüdlü saxlanılan şəxs “telefon fırıldaqçılarının təsiri altında “təhlükıəsiz hesablara” 350 min rubl köçürüb”, - FTX bildirir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


