Türkiyədə kütləvi reydlər keçirilib | VİDEO

Türkiyədə kütləvi reydlər keçirilib     | VİDEO
  12 Yanvar 2026    Oxunub:668
Yanvarın 12-də Türkiyənin təhlükəsizlik qüvvələri FETÖ təşkilatı ilə əlaqədə şübhəli bilinən 80-dən çox adamı saxlayıb.
AzVision.az xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya bununla bağlı məlumat yayıb.

Nazirin sözlərinə görə, reydlər ölkənin bir sıra şəhərlərində reydlər keçirilib. İstanbul, Ankara, İzmir, Diyarbəkir və Balıkesirdə keçirilən səhər əməliyyatları zamanı aralarında fəal dövlət məmurlarının da olduğu 81 şübhəli saxlanılıb.

Türkiyə DİN-in rəhbəri FETÖ əleyhinə əməliyyatlatrın davam etdirildiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   FETO   reyd  



Xəbər lenti