Azercell yeni rouminq paketlərini istifadəyə verir
Qısa müddətli xarici səfərlər üçün nəzərdə tutulmuş 500 MB həcmli rouminq paketi 3 gün müddətinə 10 AZN, 2 GB həcmli paket isə 10 gün müddətinə 25 AZN-ə təqdim olunur. Daha uzun müddət və daha geniş istifadə ehtiyacı olan abunəçilər üçün 30 günlük 5 GB həcmli paket 50 AZN, 10 GB həcmli paket isə 75 AZN-ə təklif olunur.
Qeyd edək ki, bu paketlərdən 100-dən çox ölkədə fəaliyyət göstərən 260 operatorun şəbəkəsində yararlanmaq mümkündür və bu siyahı mütəmadi olaraq yenilənir.
Paketlər barədə ətraflı məlumatı Azercell-in rəsmi internet səhifəsindən əldə etmək mümkündür.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


