İranda iğtişaşlarda ölənlərin sayı açıqlanıb

İranda iğtişaşlarda ölənlərin sayı açıqlanıb
  12 Yanvar 2026    Oxunub:486
İranda baş verən iğtişaşlar zamanı 500-dən çox insanın həlak olduğu bildirilir.
AzVision.az bu barədə "RIA Novosti" məlumat yayıb.Ölənlər arasında 100-dən artıq polis əməkdaşı və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri də var.

Məlumata görə, beş gün ərzində yüzlərlə mülki şəxs də müxtəlif dərəcəli xəsarətlər alıb.

İğtişaşlar ölkənin 31 vilayətində 500-dən çox nöqtədə qeydə alınıb.

Hadisələr nəticəsində küçələrdə olan qadınlar və uşaqlar, mağaza sahibləri, ictimai nəqliyyat sərnişinləri və etirazçılar arasında çoxsaylı ölənlər olub.

Etirazlar dekabrın 28-də milli valyutanın kəskin dəyərdən düşməsi fonunda başlayıb. Buna cavab olaraq hakimiyyət təhlükəsizlik tədbirlərini sərtləşdirib və polis gözyaşardıcı qazdan, eləcə də pnevmatik silahlardan istifadə edib.

AzVision.az



Teqlər:



Xəbər lenti