Paşinyan: "Azərbaycandan yanacaq idxalı inhisarla mübarizə üçün zəruridir"

      Paşinyan:    "Azərbaycandan yanacaq idxalı inhisarla mübarizə üçün zəruridir"
  14 Yanvar 2026    Oxunub:1311
"Ermənistanda inhisarçılığın öhdəsindən gəlmək istiqamətində 2018-ci ildən bəri səylə çalışırıq".
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ və Avropa İttifaqından səfirlərin iştirakı ilə keçirilən konfransda dilə gətirib. O bildirib ki, Azərbaycandan yanacaq idxalı fonunda ölkənin benzin və dizel bazarında inhisarçılıq tədricən dağılmaqdadır:

"İnhisarçı şirkətlər öz mövqelərini qorumaq məqsədilə vətənpərvərlik adı altında təbliğat aparırlar, amma bu, onların axırıncı cəhdləridir".
Paşinyan: "Yanacaq idxalı ilə əlaqədar narahatlıqlar əsassızdır" | VİDEO

Xatırladaq ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana onilliklər ərzində ilk dəfə (Gürcüstan vasitəsilə) 1200 ton neft məhsulu göndərilib. Ötən günlərdə isə Azərbaycandan ikinci partiya: 6100 ton benzin və 1500 ton dizel yanacağı Ermənistana çatdırılıb. Nikol Paşinyan dünən özünün sosial şəbəkə hesabında yaydığı videoda diqqətə çatdırıb ki, bu prosesə qarşı hər iki tərəfin narahatlığı əsassızdır:

"Çünki artıq sülh qurulub. Bu cür iddialar neft idxalı və satışı bazarına uzun müddət hakim kəsilən şirkətlərin uydurmasıdır. Axı rəqabət artıqca onlar qiymətləri aşağı salmağa məcbur qalırlar. Beləliklə, bazarda inhisarçılıq azalır. Aydındır ki, belə bir vəziyyət onların xeyrinə deyil".

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Azərbaycan   neft   idxal  



Xəbər lenti