Aİ-dən Rusiyanın neft ixracına daha bir zərbə
Qərb ölkələri Moskvanın Ukraynada davam edən təcavüzü fonunda Rusiya xam neftinə qiymət həddi tətbiq etmək qərarına gəlib.
2023-cü ilin fevralında məhdudiyyətlər neft məhsullarına da şamil olundu: xam neftə görə yüksək qiymətlə satılan dizel yanacağının yuxarı həddi bir barrel üçün 100 dollar, endirimlə satılan mazut üçün isə barrelə görə 45 dollar müəyyən edilib.
Buna cavab olaraq, Rusiya qiymətlərin yuxarı hədlərini nəzərdə tutan müqavilələr çərçivəsində neft və neft məhsullarının ixracına qadağa qoydu. Bu qadağa bir neçə dəfə, axırıncı dəfə 2026-cı ilin iyununa qədər uzadılıb.
Ötən ilin dekabrında “Reuters” agentliyi G7 ölkələrinin və Aİ-nin Rusiya neftinin dəniz nəqliyyatı ilə daşınmasının qadağası lehinə qiymət limitindən imtina olunması imkanını müzakirə etdiklərini yazmışdı.
Əvvəllər Aİ neftin cari bazar məzənnəsini nəzərə almaqla hər üç aydan bir avtomatik olaraq qiymət limitinə yenidən baxılması təşəbbüsünü də nəzərdən keçirirdi.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


