Xorvatiya prezidenti Fransaya qəzəblənib
“2021-ci ildə Zaqreb 999 milyon avroya Fransadan 12 “Rafale” döyüş təyyarəsi almaqla Hərbi Hava qüvvələrini modernləşdirmək üçün Parislə hökumətlərarası saziş imzalayıb. Fransanın özünün artıq işlənmiş ehtiyatlarından alınan sonuncu təyyarə ötən ilin aprelində təhvil verilib və Xorvatiyanın sovet dövründən qalma MiQ-21-lərdən ibarət köhnə hava donanmasını əvəz edib”, - qəzet yazır.
2024-cü ilin avqustunda isə Serbiya Fransanın “Dassault Aviation” istehsalçısından 12 ədəd “Rafale” təyyarəsi almaq üçün müqavilə bağlayıb. Məhz bu razılaşma Xorvatiya prezidentinin qəzəbinə səbəb olub.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Xorvatiya Serbiya Fransa







Vaxtında, Aydın, Lazımlı!


