ABŞ 11 İran vətəndaşına qarşı sanksiyalar tətbiq edib

ABŞ 11 İran vətəndaşına qarşı sanksiyalar tətbiq edib
  16 Yanvar 2026    Oxunub:772
ABŞ Maliyyə Nazirliyi Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də daxil olmaqla 11 İran vətəndaşına və İran, BƏƏ və Sinqapurda qeydiyyatdan keçmiş 13 şirkətə qarşı sanksiyalar elan edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Maliyyələ Nazirliyinə istinadən xəbər verir.

Laricani ilə yanaşı, sanksiya siyahısına ABŞ-nin etirazları qəddarcasına yatırmaqda ittiham etdiyi İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) üzvləri və polis zabitləri də daxildir.

Maliyyə Nazirliyinin dərc etdiyi sənəddə vurğulanır ki, sanksiyalar həmçinin fəaliyyəti "kölgə bankçılığı" ilə əlaqəli olan hüquqi şəxslərə qarşı yönəlib.

AzVision.az



Teqlər:



Xəbər lenti