Polşa səmasında naməlum obyektlər görünüb

Polşa səmasında naməlum obyektlər görünüb
  18 Yanvar 2026    Oxunub:1258
Polşa hökuməti hava məkanında onlarla naməlum obyektin qeydə alındığını açıqlayıb
Polşanın Milli Təhlükəsizlik Bürosu bildirib ki, yanvarın 17-nə keçən gecə Belarus ərazisindən ölkənin hava məkanına “onlarla obyekt” daxil olub.

Qurumun X sosial şəbəkəsində yaydığı məlumata görə, Polşa Prezidenti Karol Navrotski insident barədə məlumatlandırılıb. Ölkə hakimiyyəti hadisənin “kontrabanda adı altında gizli təxribat” ola biləcəyini istisna etmir. Söhbətin hansı obyektlərdən getdiyi açıqlanmayıb.

Milli Təhlükəsizlik Bürosu xatırladıb ki, oxşar hadisə 2025-ci il dekabrın 25-nə keçən gecə də baş verib. Həmin vaxt Polşa hakimiyyəti Belarus ərazisindən ölkənin hava məkanına 59 obyektin daxil olduğunu bildirmişdi.


Röya Əliyeva
AzVision.az


Teqlər:



Xəbər lenti