Qvatemalada fövqəladə vəziyyət elan edilib

Qvatemalada fövqəladə vəziyyət elan edilib
  19 Yanvar 2026    Oxunub:1405
Cinayətkarlığın kəskin artması səbəbindən Qvatemala Prezidenti Bernardo Arevalo ölkə ərazisində 30 günlük fövqəladə vəziyyət elan edib.
Bu barədə Prezident xalqa müraciətində deyib. Onun sözlərinə görə, fövqəladə vəziyyətin əsas məqsədi vətəndaşların qorunması və təhlükəsizliyin təmin edilməsidir. Bernardo Arevalo bildirib ki, ölkə rəhbərliyi cinayətkar təşkilatlara güzəştə getmək niyyətində deyil və ictimai asayişin bərpası üçün sərt tədbirlər görməyə davam edəcək:

"Polis və ordu qüvvələri cinayətkar dəstələrlə mübarizə üçün tam səfərbər ediləcək. Zorakılığın artması daha əvvəl kütləvi iğtişaşlar və girov götürülməsi halları ilə üzləşmiş həbsxanalar üzərində nəzarətin bərpasına cinayətkar qrupların cavabıdır".

Xatırladaq ki, yanvarın 18-də Qvatemalada üç həbsxanada məhbuslar eyni vaxtda iğtişaşlar törədib və 46 nəfəri girov götürüblər.

AzVision.az



Teqlər:



Xəbər lenti