Əl Şaraa Berlinə getməkdən imtina edib

Əl Şaraa Berlinə getməkdən imtina edib
  19 Yanvar 2026    Oxunub:1343
Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa Almaniyaya planlaşdırdığı səfərini və alman liderləri ilə görüşlərini qəfildən ləğv etmək qərarına gəlib.
AzVision.az xəbər verir ki, Almaniya hökumətindəki mənbələrə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

Suriya prezidentinin ofisindən verilən açıqlamada Əl Şaranın Berlinə səfərinin yanvarın 20-nə planlaşdırıldığı bildirilirdi.

“Səfər çərçivəsində Almaniya prezidenti Valter Ştaynmayer və Federal Kansler Fridrix Mertlə görüşlər, həmçinin alman şirkətlərinin nümayəndələri ilə danışıqlar aparılmalı idi. Lakin Suriya prezidenti Əhməd Əl Şaraa Berlinə səfərini ləğv edib”, - agentlik yazır.

Bununla belə, səfərin ləğvinin səbəbi açıqlanmayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ƏlŞaraa   Berlin   imtina  



Xəbər lenti