Yanvarın 20-nə keçən gecə Sovet ordusu əliyalın insanlara qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Xalqımız azadlığın, müstəqilliyin əvəzsiz nemət olduğunu, onu canından da əziz bildiyini dünyaya göstərdi. Qaradan qara, lakin milli istiqlalımıza və istiqbalımıza işıqlı yolun açıldığı o gecə şəhadət şərbətini içən 150 nəfərədək vətəndaşımız xalqın mübarizəsinin şahidləri kimi adlarını müasir tariximizə əbədi həkk etdirdilər.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük II Qarabağ müharibəsində qazandığı şanlı Zəfər və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən 23 saatlıq antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması ilə təkcə 20 Yanvar şəhidlərinin deyil, bütün Vətən fədailərinin narahat ruhları şad olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


