Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
  20 Yanvar 2026    Oxunub:1335
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AzVision.az xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnallar verilib.

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir. Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.

AzVision.az


Teqlər: 20-yanvar  



Xəbər lenti