İlham Əliyev fin həmkarı ilə görüşüb

   İlham Əliyev fin həmkarı ilə görüşüb
  20 Yanvar 2026    Oxunub:1373
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.
AzVision.az xəbər verir ki, söhbət zamanı Azərbaycan və Finlandiya prezidentlərinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb, həmin görüşlər zamanı ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığı vurğulanıb.

Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, "Nordic-Baltic Eight" qrupuna üzv ölkələrlə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə toxunulub. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri qeyd edilib.

AzVision.az


Teqlər: Prezident   görüş  



Xəbər lenti