Ötən il Bakıda 39 qətl törədilib

Ötən il Bakıda 39 qətl törədilib
  21 Yanvar 2026    Oxunub:1175
Ötən il Bakıda 14 min 104 cinayət hadisəsi törədilib.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində deyilib. Bildirilib ki, həmin cinayətlərin 93,4 %-nin açılması təmin olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adam öldürmə cinayətinin və 19 qəsdən adam öldürməyə cəhdin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib.


AzVision.az


Teqlər:



Xəbər lenti