G7 iclası təxirə salındı

G7 iclası təxirə salındı
  21 Yanvar 2026    Oxunub:699
Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakçıların sıx qrafiki ilə əlaqədar olaraq Fransa G7 nazirlərinin görüşünü təxirə salıb.
AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” Fransanın maliyyə naziri Rolan Leskürün ofisindəki mənbəyə istinadən məlumat yayıb.

“Fransa G7 maliyyə rəsmilərinin ABŞ Prezidenti Donald Trampın tarif təhdidlərini müzakirə edəcəyi gözlənilən iclası təxirə salıb”, - məlumatda deyilir.

AzVision.az



Teqlər:



Xəbər lenti