Tramp: "Hərdən diktatora ehtiyac var" | VİDEO

      Tramp:    "Hərdən diktatora ehtiyac var" |    VİDEO
  22 Yanvar 2026    Oxunub:757
"İnsanlar mənim haqqımda deyirlər: "O, dəhşətli diktatordur". Halbuki hərdən diktatora da ehtiyac var".
Bu sözləri Donald Tramp dünən Davos İqtisadi Forumunda dilə gətirib. O, forumdakı çıxışı barədə əla rəylər aldığını bildirib, amma özünün də inanmadığını bildirib:

"Çünki, adətən, məni "dəhşətli diktator" adlandırırlar, amma bu dəfə demədilər. Bəli, diktatoram, hərdən belə lazımdır".

Maraqlıdır ki, Donald Tramp oxşar fikirləri Konqres Binasına hücum hadisəsinin beşilliyində də söyləmişdi. O, mətbuatın, ictimaiyyətin onu tez-tez "diktator" adlandırdığını vurğulamışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   diktator   etiraf  



Xəbər lenti