Tramp Ukrayna haqqında I Yaxın zamanda həll ediləcək

   Tramp Ukrayna haqqında    I Yaxın zamanda həll ediləcək
  22 Yanvar 2026    Oxunub:1529
Qəzza ilə bağlı Sülh Şurasına qoşulmaq istəyən çox ölkə var. Bu bir neçə gün ərzində biz dünyanın bir çox uğurlu iş adamları və dövlət başçıları ilə görüşlər keçirmişik.
AzVision.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində çıxışında deyib.

“Bu gün biz Qəzza ilə bağlı Sülh Şurasının yaradılması üçün bura toplaşmışıq. Yaxın Şərqdə sülh var. Heç kim bunun mümkün olduğunu düşünmürdü. Biz 8 müharibəyə son qoyduq”, - deyə o bildirib.

O əlavə edib ki, daha bir münaqişənin yaxın zamanda həll ediləcəyinə inanır: “Düşünürəm ki, hansından danışdığımı bilirsiniz. Elə bilirdim ki, bu, asan olacaq, amma ən çətin məsələ məhz bu oldu”, - deyə Tramp qeyd edib.

ABŞ Prezidenti Ukraynadakı müharibəyə toxunaraq, orada insan tələfatının çoxluğunu dəhşətli adlandırıb.

“Ukrayna Putinin gözünün ağı idi. Mən prezident olsaydım, bu müharibə heç vaxt olmazdı”, – deyə Tramp qeyd edib.

O, eyni zamanda, müharibənin qəbuledilməz olduğunu vurğulayıb.


AzVision.az


Teqlər:



Xəbər lenti