ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar

      ABŞ Prezidenti:    Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar
  22 Yanvar 2026    Oxunub:2003
Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar. Onlar da buradadırlar.
AzVision.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində çıxışında deyib.

O, səhnədə onunla birlikdə olan liderlərin hamısını bəyəndiyini söyləyib. “Ermənistan, Azərbaycan. Buradakı liderlərin çoxu sonradan mənim dostlarım oldu”, - deyə o əlavə edib.

”Bir il əvvəl biz müharibələrə son qoyduq. Bu müharibələrin bəziləri 32, 35 və 37 ildir davam edirdi. Biz onlari dayandıra bildik”, - deyə Tramp qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti