Sky News: “HƏMAS partiya kimi qalacaq”

   Sky News:    “HƏMAS partiya kimi qalacaq”
  22 Yanvar 2026    Oxunub:1735
ABŞ administrasiyasının Fələstinin HƏMAS hərəkatı ilə gəldiyi razılığa əsasən, qruplaşma siyasi partiya kimi fəaliyyət göstərmək hüququnu saxlamaqla tərksilah olacaq və Qəzza zolağında tunellərin xəritəsini verəcək.
AzVision.az xəbər verir ki, fələstinli mənbəyə istinad edən “Sky News” telekanalı belə məlumat yayıb.

“Qəzza sektorundan çıxmaq istəyən siyasi və hərbi liderlər bunu özləri üçün risk olmadan edə biləcəklər. ABŞ İsrailin onlara qarşı heç bir tədbir görülməyəcəyi zəmanətini verməkdə israr edəcək”, - telekanalın həmsöhbəti deyib.

Vaşinqtonun başqa bir təşəbbüsü Qəzzanın yeni administrasiyasına “HƏMAS” rəsmiləri və polis məmurlarının cəlb olunmasını nəzərdə tutur. Bu, onların həm İsrail, həm də ABŞ-nin təhlükəsizlik xidmətləri tərəfindən yoxlanılmasını tələb edəcək.

Amerika rəsmilərinin sözlərinə görə, təklif edilən tədbirlərin bir çoxu İsrailin qəzəbinə səbəb olur. Xüsusilə HƏMAS-ın ABŞ prezidenti Donald Trampın Qəzza zolağında nizamlanma planına zidd olan siyasi qüvvə kimi qalması ehtimalı qızğın şəkildə müzakirə edilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: HƏMAS   tərksilah   partiya  



Xəbər lenti