
Kolleksiyada istifadə olunan linzalar beynəlxalq standartlara uyğun olaraq sınaqdan keçirilib və UV400 qoruması ilə UVA və UVB şüalarının 100 faizini bloklayır. Modellər Filter Category 2 və 3 sinfinə aiddir və yol istifadəsi üçün uyğundur. Bu isə dəyişkən qış şəraitində təhlükəsiz və stabil görmə imkanı yaradır.

Qeyd edək ki, “Eyenek” eynəkləri dünyaca məşhur “Ray-Ban” eynəklərinin istehsal edildiyi eyni zavod və texnoloji istehsal xətləri üzərində hazırlanır. İstehsal prosesi və keyfiyyət standartları baxımından məhsullar premium seqmentlə eyni səviyyədədir.

“Eyenek” eynəkləri bu həftədən etibarən “World Telecom” mağazalarında, Bakı Beynəlxalq Hava Limanında yerləşən “Duty Free” mağazasında və Şahdağ Turizm Mərkəzində yerləşən “Gondola Café” də satışda olacaq.
Həmçinin məhsulları onlayn sifariş etmək üçün +994 50 880 33 33 nömrəsi ilə əlaqə saxlaya və ya brendin rəsmi sosial media hesablarına yaza bilərsiniz. Məhsullar və sifariş şərtləri ilə bağlı ətraflı məlumat “Eyenek”in rəsmi Instagram səhifəsində təqdim olunur.

Azərbaycanın milli eynək brendi “Eyenek” ilə qış mövsümündə rahat görmə və zərif üslubu bir arada seçin. Gözlərinizi qoruyun, stilinizi tamamlayın və premium keyfiyyəti gündəlik həyatınızın ayrılmaz hissəsinə çevirin.

AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


