Ərdoğan Pezeşkianla İrandakı vəziyyəti müzakirə edib
Söhbət zamanı Ərdoğan İranda baş verən hadisələri yaxından izlədiyini, Türkiyənin İrana xarici müdaxilə ssenarilərinə heç vaxt müsbət yanaşmadığını ifadə edib.
Ərdoğan problemlərin həll edilməsinin və bölgədə gərginliyin artmasının qarşısının alınmasının Türkiyənin də mənafelərinə uyğun olduğunu vurğulayıb.
Danışıq zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər və regional məsələlər də müzakirə edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


