Azərbaycana turist axını 2 % azalıb
İl ərzində İsraildən gələnlərin sayı 2,4 dəfə, Tacikistandan - 1,6 dəfə, İordaniyadan - 49,9 %, Çindən - 41,7 %, Özbəkistandan - 34,3 %, Qırğızıstandan - 33,7 %, Niderlanddan - 27,5 %, Yaponiyadan - 25,8 %, Qazaxıstandan - 20,1 %, İtaliyadan - 13,7 %, Pakistandan - 12,5 %, Almaniyadan - 11,1 % artıb.
O cümlədən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7 % artaraq 120,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,4 % azalaraq 414,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 % azalaraq 865,7 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 2 % artaraq 1 milyon 169,6 min nəfər təşkil edib.
Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,8 %-i hava, 22,9 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


