Rusiya, ABŞ və Ukrayna nümayəndələri görüşəcək

Rusiya, ABŞ və Ukrayna nümayəndələri görüşəcək
  23 Yanvar 2026    Oxunub:1499
Rusiya, ABŞ və Ukrayna təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclasını yanvarın 23-də BƏƏ-nin Əbu-Dabi şəhərində keçirmək barədə razılığa gəliblər.
Razılaşma Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və iş adamı Cared Kuşner arasında aparılan danışıqlardan sonra əldə edilib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya danışıqlar qrupuna Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Baş idarəsinin rəisi İqor Kostyukovun rəhbərlik edəcəyini açıqlayıb. Nümayəndə heyəti yaxın saatlarda BƏƏ-yə yola düşəcək və onun tərkibinə Rusiya Müdafiə Nazirliyinin yüksəkvəzifəli nümayəndələri daxil olacaq.

Uşakovun sözlərinə görə, Vladimir Putin söhbətin bütün detallarını nəzərə alaraq, artıq Moskvanın nümayəndə heyətinə konkret tapşırıqlar verib. O, həmçinin qeyd edib ki, Amerika tərəfi Əbu-Dabidə keçiriləcək görüşə hazırlıq üzrə əhəmiyyətli işlər görüb.

Üçtərəfli görüşlə yanaşı, yanvarın 23-də RF Prezidentinin xüsusi elçisi Kirill Dmitriyev və Stiven Uitkoffun rəhbərlik etdiyi iqtisadi məsələlər üzrə ikitərəfli Rusiya-Amerika işçi qrupu çərçivəsində də təmaslar baş tutacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti