Etiraz aksiyalarının təşkilatçıları aeroportlar vasitəsilə təxminən 2000 nəfərin ABŞ-dən deportasiya olunduğunu bildiriblər.

Açıqlanan məlumata görə, immiqrasiya rəsmiləri hava limanının 12 əməkdaşını həbs edib.
Eyni zamanda, Minnesota həmkarlar ittifaqları, mütərəqqi dini liderlər və icma fəallarının dəstəklədiyi “ICE Out of Minnesota: A Day of Truth and Freedom” ümumi tətil kampaniyası çərçivisində də etiraz aksiyaları baş tutub.
Kampaniya tərəfdarları Minnesotada federal immiqrasiya agentlərinin olmasına etiraz etmək üçün ştatın bütün sakinlərini işə və məktəbə getməməyə, alış-veriş etməməyə çağırıblar.

“Bring Me The News” nəşrinin məlumatına görə, 700-dən çox müəssisə yanvarın 23-də “ICE Out of Minnesota” aksiyasının keçirilməsi üçün bağlanıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


