Ali Radanın deputatı Aleksey Qonçarenko hücum zamanı məhz “Roşen” zavodunun vurulduğunu iddia edib. Deputat həm istehsalat, həm də inzibati binalara ziyan dəydiyini bildirib. Konkisürmə meydançası və fəvvarə ilə bitişik meydan da zədələnib.
Xatırladaq ki, “Roşen” Ukrayna və Şərqi Avropanın ən böyük qənnadı şirkətlərindən biridir. Brend həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanınır və onun məhsulları dünyanın 10-larla ölkəsində satılır. Şirkətin adı onun sahibi Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun soyadının abbreviaturasından götürülüb.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, zavodun üst mərtəbəsi zədələnib. Hücum nəticəsində bir nəfər ölüb, iki adam isə yaralanıb.
Ali Radanın deputatı Aleksey Qonçarenko hücum zamanı məhz “Roşen” zavodunun vurulduğunu iddia edib. Deputat həm istehsalat, həm də inzibati binalara ziyan dəydiyini bildirib. Konkisürmə meydançası və fəvvarə ilə bitişik meydan da zədələnib.
Xatırladaq ki, “Roşen” Ukrayna və Şərqi Avropanın ən böyük qənnadı şirkətlərindən biridir. Brend həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanınır və onun məhsulları dünyanın 10-larla ölkəsində satılır. Şirkətin adı onun sahibi Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun soyadının abbreviaturasından götürülüb.
|
| Vitali Kliçko: “Kiyevdə kritik vəziyyət yaranıb” |
Burada Rusiya növbəti dəfə kritik infrastruktura zərbələr endirib. Ən azı bir nəfərin öldüyü, dörd nəfərin yaralandığı bildirilir. Səhərə qədər şəhərdə hava hücumu xəbərdarlığı qüvvədə qalıb.
Eyni zamanda, Xarkovun meri İqor Terexov şəhərin təxminən 2,5 saat ərzində pilotsuz təyyarələrin hücumuna məruz qaldığını deyib. Xarkova ən azı 25 pilotsuz təyyarə buraxılıb, lakin Terexov onların hamısının vurulub-vurulmadığını dəqiqləşdirməyib.
“Vurulan hədəflər arasında şəhərin bir neçə rayonunda çoxmərtəbəli binalar və fərdi evlər, yerli xəstəxana və doğum evi var. Bundan əlavə, məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya PUA zərbəsi endirilib”, - Terexov bildirib.
Son məlumatlara görə, Xarkovda Rusiyanın zərbələri nəticəsində 14 nəfər, o cümlədən hamilə qadın və bir uşaq yaralanıb.
- Bu, dinc bir şəhərə - sadəcə olaraq yaşayan, işləyən və uşaq böyüdən insanlara qarşı qəsdən olunan hücum idi”, - Xarkovun meri yazıb.
Xatırladaq ki, təkcə yanvar ayında Rusiyanın Ukraynaya ən azı üç kütləvi hücumu nəticəsində ölkənin bütün şəhərlərində yaşayış binalarında istilik, elektrik və su təchizatında ciddi problemlər yaranıb.
Şərt hava şəraiti vəziyyəti daha da ağırlaşdırır: Kiyevdə demək olar ki, bütün yanvar ayı ərzində şaxtalı temperatur müşahidə olunub, temperatur mənfi 17 dərəcə Selsiyə düşüb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


