Hindistanda pandemiya təhlükəsi: Ölən var

Hindistanda pandemiya təhlükəsi:    Ölən var
  25 Yanvar 2026    Oxunub:1471
Hindistanın Kəlküttə şəhərinin yaxınlığında Nipah virusunun yayılması qeydə alınıb. Artıq bir nəfərin öldüyü bildirilir.
İlk dəfə 1999-cu ildə Malayziyada qeydə alınan Nipah zoonoz virusdur, yəni heyvandan insana keçir. Amma yoluxan şəxs ətrafdakıları da yoluxdurur.

Əsas əlamətləri öskürək, nəfəsalmanın çətinləşməsi, hərarət, başağrısı, diareya, əzələ ağrısı, halsızlıqdır. Virus bronxları və ağ ciyəri hədəfə alır. Ensefalit vəı meningit kimi ağırlaşdırıcı hallara səbəb ola bilər.

Virusun inkubasiya müddəti 4-21 gündür. Bu virusa qarşı peyvənd yoxdur.

Samir Quliyev
AzVision.az



Teqlər: Nipah   Hindistan  



Xəbər lenti