Vaşinqtonda bütün uçuşlar ləğv olunub

Vaşinqtonda bütün uçuşlar ləğv olunub
  26 Yanvar 2026    Oxunub:907
Ronald Reyqan adına Vaşinqton Beynəlxalq Hava Limanı əlverişsiz hava şəraiti səbəbindən fəaliyyətini dayandırıb.
AzVision.az xəbər verir ki, terminallar tamamilə boşdur və bütün reyslər ləğv olunub. Aviaşirkət nümayəndələri vəziyyətin nə zaman düzələcəyini açıqlamayıblar.

ABŞ-ın şimal-şərqində və cənubunda qar fırtınası səbəbindən 1 milyon ev elektrik enerjisiz qalıb. Sərt şaxtaya görə 7 nəfər ölüb.

AzVision.az


Teqlər:



Xəbər lenti