Trampın miqrantlarla bağlı qərarı bloklandı

  Trampın miqrantlarla bağlı qərarı bloklandı
  26 Yanvar 2026    Oxunub:1628
ABŞ məhkəməsi Latın Amerikasından olan minlərlə miqrantın humanitar statusunun ləğvi barədə əmrin icrasını dayandırıb.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ-nin federal məhkəməsi Tramp administrasiyasının 8400-dən çox miqrantın, o cümlədən Amerika vətəndaşlarının ailə üzvlərinin və yaşıl kart sahiblərinin hüquqi statusunu ləğv etmək qərarını müvəqqəti olaraq bloklayıb.

Boston federal məhkəməsinin hakimi İndira Talvani tərəfindən çıxarılan müvafiq ilkin məhkəmə qərarı Daxili Təhlükəsizlik Nazirliyinin əvvəllər humanitar şərti azadlığa mane olmaq barədə proseduru ləğv edib.

Söhbət Kuba, Haiti, eləcə də Kolumbiya, Ekvador, Salvador, Qvatemala və Hondurasdan olan, ailə birləşməsi proqramları çərçivəsində ABŞ-də müvəqqəti yaşamaq və işləmək hüququ almış immiqrantlardan gedir.

Co Bayden administrasiyası dövründə yaradılmış və ya genişləndirilmiş bu mexanizmlər qanuni rezidentlərin qohumlarının ölkəyə qanuni şəkildə daxil olmasına icazə verir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   məhkəmə   ləğv  



Xəbər lenti