Türkiyə İranla sərhəddə bufer zonası yaradır
Qəzetin yazdığına görə, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) nümayəndələri millət vəkillərinə bildiriblər ki, Ankara “bütün ehtimallar” üçün bir neçə ssenari hazırlayıb. Bu ssenarilərdən biri sərhədin İran tərəfində gələnlərin saxlanılmasına imkan verəcək bufer zonası yaradılmasını nəzərdə tutur.
“Hesab edirik ki, miqrasiya dalğası zamanı gələnlərin İran tərəfində qalması üçün bufer zonası olmalıdır”, – deyə məruzədə vurğulanır.
Nazirlik həmçinin diqqətə çatdırıb ki, Türkiyə region ölkələrinin işlərinə xaricdən müdaxiləyə qarşı çıxır və bölgədə sabitliyin daha da pozulmasını istəmir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


