On mindən çox əlilə yoqa xidməti göstərilib

 On mindən çox əlilə yoqa xidməti göstərilib
  26 Yanvar 2026    Oxunub:1271
Əlilliyi olan şəxslər üçün yoqa terapiyasına başlanılan dövrdən bu yana 10 mindən çox şəxsə yoqa xidməti göstərilib.
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev bildirib. Onun sözlərinə görə, 2025-ci ildə ümumilikdə 1156 yoqa xidməti göstərilib.

O əlavə edib ki, agentlik tərəfindən 37 yeni ortopedik ayaqqabı modeli hazırlanıb: "Bu ayaqqabılar mağazalarda satılan müasir ayaqqabılardan fərqlənmir. Əlilliyi olan şəxslər, o cümlədən uşaqlar müraciət edərək bu ayaqqabılardan alıb rahat şəkildə istifadə edə bilərlər".


AzVision.az


Teqlər:



Xəbər lenti