"Nəticədə Bərdə rayonu üzrə 110 kənd və rayon mərkəzi 2 Ailə Sağlamlıq Mərkəzi, 34 həkim məntəqəsi və 18 tibb məntəqəsi ilə əhatə olunub".
Zaur Əliyevin sözlərinə görə, artıq təhkimolunma prosesinə start verilib və bu proses təxminən 3,5 milyon nəfər əhalini əhatə edəcək:
"Paralel olaraq, əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır ki, bu da xidmətlərin daha düzgün planlaşdırılmasına imkan verəcək. Kadr potensialının gücləndirilməsi istiqamətində Bərdədə 43 təlim modulu üzrə 60 ailə həkimi və 10 modul üzrə 250-dən çox tibb bacısı üçün təlimlər keçirilib".
İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, ümumilikdə ölkə üzrə 78 Ailə Sağlamlıq Mərkəzi, 871 həkim məntəqəsi, 1168 tibb məntəqəsi və Bakıda 106 ambulator poliklinik müəssisənin optimallaşdırılması nəzərdə tutulur:
"Həyata keçirilən bu tədbirlər ilkin səhiyyə xidmətlərinin əlçatanlığını artıracaq, xidmət keyfiyyətini yüksəldəcək və şəbəkənin optimallaşdırılmasını avtomatlaşdıracaq".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


