ABŞ-də qar fırtınası: Ölənlərin sayı 50 nəfəri keçib | FOTOLAR

    ABŞ-də qar fırtınası:     Ölənlərin sayı 50 nəfəri keçib |  FOTOLAR
  28 Yanvar 2026    Oxunub:846
ABŞ-nin müxtəlif şəhərlərində son günlər meydana gələn sərt şaxtalı hava və qar fırtınası nəticəsində həyatını itirənlərin sayı ən azı 51 nəfərə çatıb.
Bu barədə ABŞ-nin "NBC" telekanalı öz mənbələrinə istinadən xəbər yayıb. Eyni zamanda, "Poweroutage" layihəsinin məlumatına görə, fırtına səbəbi ilə təqribən 400 min ev (əksəriyyəti ölkənin cənubunda) elektriksiz qalıb.

"ABC" telekanalının xəbərində isə vurğulanıb ki, sərt şaxtalı hava ümumilikdə 200 milyondan artıq insanın həyatına təsir göstərib. Ölkədə minlərlə təyyarə reysi təxirə salınıb. Əksər yollar buz bağladığı üçün çoxsaylı qəzalar baş verib.




Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   qar-fırtınası  



Xəbər lenti